Türkiyədə terror törətməyə hazırlaşanlar saxlanıldılar – VİDEO

Türkiyənin Diyarbəkir şəhərində terror aktı törətməyə cəhd edən 5 nəfər saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya deyib.

O qeyd edib ki, saxlanılan şəxslər kuryer fəaliyyəti ilə məşğul olublar.
Terrorçular saxlanılarkən külli miqdarda partlayıcı maddə və silah aşkar edilib.