Türkiyədə terrorçular hərbiçilərə hücum ediblər: 9 yaralı

Türkiyənin Hakkari vilayətində terrorçuların hücumu nəticəsində 3 polis əməkdaşı və 6 hərbçi yaralanıb.

Yenicag.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, yaralılardan biri ağır vəziyyətdədir.

Bildirilir ki, PKK terrorçuları hücum zamanı iri çaplı silahlardan istifadə ediblər.

Vilayətində terrorçuların aşkarlanaraq zərərsizləşdirilməsi üçün əməliyyat aparılır.

Yenicag.az