Türkiyədə terrorçular partlayış törədib: iki hərbçi şəhid olub – Video

Türkiyənin Diyarbakır vilayətində PKK terrorçuları əsgərlərə hücum edib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, terrorçuların hazırladığı uzaqdan idarə olunan bombanın partlaması nəticəsində 2 hərbçi şəhid olub. Partlayışın ardından bölgədə genişmiqyaslı əməliyyat keçirilib.

Yenicag.az