Türkiyədə terrorçular və polislər arasında ATIŞMA – Ölənlər var

Türkiyənin Bitlis əyalətində PKK-ya qarşı həyata keçirilən əməliyyat zamanı terrorçularla polislər arasında atışma olub. 

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, atışma zamanı iki asayiş keşikçisi həlak olub.

Hadisə zamanı hüquq-mühafizə orqanlarının daha 4 əməkdaşı yaralanıb.

Hazırda bölgədə antiterror əməliyyatı davam etdirildiyi bildirilib.