Türkiyədə terrorçular zərərsizləşdirildi

Türkiyənin güc strukturlarının keçirdiyi birgə əməliyyat nəticəsində bir neçə terrorçu zərərsizləşdirilib.

Yenicag.az xəbər verir ki, Türkiyənin daxili işlər naziri Süleyman Soylu öz tvitterdəki hesabında bildirib.

Nazir əməliyyatın Mardin əyalətində keçirildiyini xəbər verib. O, 6 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb. Süleyman Soylu qeyd edib ki, birgə əməliyyat jandarm, polis tərəfindən keçirilib.