Türkiyədə terrorçulara qarşı ƏMƏLİYYAT – 3-ü məhv edildi – Şəhid var

Türkiyə Daxili İşlər Nazirliyinin iyunun 3-də keçirdiyi “Eren-11” antiterror əməliyyatı nəticəsində 3 terrorçu məhv edilib, 1 təhlükəsizlik qoruyucusu şəhid olub, 2 jandarm yaralanıb.

Yenicag.az xəbər verir ki, məlumatı Bitlis əyaləti Jandarm Komandanlığı yayıb.

Bildirilib ki, antiterror əməliyyatı davam edir.