Türkiyənin 16 vilayətində Separatçı Terror Təşkilatına (BTO) qarşı keçirilən “Bozdoğan-42” əməliyyatlarında 58 şübhəli tutulub.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya öz sosial media hesabında açıqlama verib.
O, verdiyi açıqlamada Adana, Antalya, Batman, Diyarbəkir, Elazığ, Qaziantep, Hakkari, İzmir, İstanbul, Karaman, Mersində Muş, Şanlıurfa, Şırnak, Tunceli və Van şəhərlərində separatçılara qarşı “Bozdoğan-42” əməliyyatı aparıldığını bildirib.