Türkiyədə tətbiq olunan iki günlük qadağa başa çatıb

COVID-19 infeksiyasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində Türkiyənin 31 şəhərində tətbiq olunan iki günlük küçəyə çıxmaq qadağası aprelin 13-də saat 00:00-da başa çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi açıqlama verib.

Qeyd edilib ki, bu müddət ərzində ölkədə karantin qaydalarını pozan 24 min 88 nəfərə hüquqi və inzibati cəza verilib. Aprelin 13-dən etibarən ölkənin karantin tətbiq olunan vilayətlərində yalnız xüsusi icazəli ictimai obyektlər fəaliyyət göstərəcək. Bu bölgələrin valilikləri tərəfindən vətəndaşlara təlimatlar verilib. Digər bölgələrdə isə xüsusi sosial məsafə qaydaları müəyyən edilib. Ölkə vətəndaşları arasında yaşı 20-dən aşağı və 65-dən yuxarı, eləcə də xronimi xəstəlikləri olanlara şamil olunan qadağalar da qüvvədə qalır.