Türkiyədə təyyarə qəzası – Ölən və yaralananlar var

Türkiyənin Antalya vilayətində təlim təyyarəsi qəzaya uğrayıb.

Yenicag.az-ın məlumatına görə, hadisə nəticəsində bir nəfər həlak olub.

Daha iki nəfərin yaralandığı bildirilib. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olaraq dəyərləndirilir.

Qəzanın səbəbləri barədə məlumat verilmir./Trend/