Türkiyədə təyyarə qəzası: Ölənlər var – FOTO/VİDEO

Xəbər verdiyimiz kimi dünən Türkiyənin Dənizli vilayətində TC-JZC qeydiyyatlı tək motorlu Cessna-172 təlim təyyarəsi qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, təlim təyyarəsinin qalıqları Aydının Karacasu mahalında tapılıb.

Dənizli valisi Həsən Qaraxan bildirib ki, təyyarənin qalıqlarının müəyyən edildiyi ərazidə aparılan axtarış-xilasetmə əməliyyatları nəticəsində 2 nəfərin cəsədi tapılıb.

Cəsədlərin təlimçi pilot Hamdi Yılmaz və kursant Merve Altuna aid olduğu bildirilib.