Türkiyədə təyyarə qəzaya uğradı – FOTO/VİDEO

Türkiyənin Dənizli vilayətində TC-JZC qeydiyyatlı tək motorlu Cessna-172 təlim təyyarəsi qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, qəza anında təyyarədə biri təlimçi, biri kursant olmaqla 2 nəfərin olduğu bildirilib.

Hadisə yerinə dərhal xilasedicilərdən ibarət dəstə göndərilib.

Qəzanın başvermə səbəbləri və başqa detallar hələ məlum deyil.

Ərazidə faktla bağlı araşdırma başladılıb.