Türkiyədə toy mərasimlərinin keçirilməsinə icazə verildi – Şərtlər

Türkiyədə toy mərasimlərinin keçirilməsinə icazə veriləcək.

Yenicag.az xəbər verir ki, bununla bağlı Türkiyənin Daxili İşlər Nazirliyi qərar qəbul edib.

Məlumata görə, toy mərasimlərinin keçirilməsinə iyulun 1-dən etibarən icazə veriləcək.

Şərtlərə əsasən mərasimlərin müddəti azaldılmalı, açıq havada keçirilməli, masalar bir-birindən 1.5 metr məsafədə düzülməli, stolların üstündə dezinfeksiyaedici məhlullar qoyulmalı və maska taxılmalıdır. Həmçinin toplu şəkillər çəkilməməli, ənənəvi zinət əşyalarının bəylə-gəlinə şəxsən hədiyyə edilməməlidir. Hədiyyələrin isə xüsusi qutulara toplanılması şərtləri qoyulub.  Rəqs zamanı da sosial məsafə qorunacağı bildirilib.

Qaydalara görə, toya gələn qonaqların hərarəti də ölçüləcək, temperaturu 38 dərəcədən yüksək olanlar mərasimə buraxılmayacaq və ən yaxın tibb müəssisəsinə müayinəyə göndəriləcək.