Türkiyədə toyda terror – 30 ölü, 94 yaralı + Video

werwrwer96Türkiyənin Qazıantep şəhərində toy şənliyi zamanı törədilən partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

Bu barədə Qazıantep valisi Əli Yerlikaya bildirib. O hadisəni terror aktı adlandırıb.

Məlumata görə, partlayış nəticəsində daha 94 nəfər yaralanıb.

Baş nazirin müavini Mehmet Şimşək NTV telekanalına açıqlamasında partlayışın terrorçu qadın-kamikadze tərəfindən törədildiyini bildirib.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Partlayışın İŞİD terror qruplaşmasının üzvü tərəfindən törədildiyi ehtimal olunur.

 

https://youtu.be/9d4zISKK2Mk

APA.az