Türkiyədə tramvaylar toqquşdu: 26 nəfər yaralandı

Türkiyənin Samsun şəhərində iki tramvay toqquşub.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində 1-i ağır olmaqla 26 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.