Türkiyədə turistləri daşıyan avtobus aşdı – Yaralılar var

Türkiyədə turistləri daşıyan avtobus aşıb.

Yenicag.az xəbər verir ki, Antalyanın Kemer rayonunda baş vermiş qəza nəticəsində çox sayda yaralı olduğu bildirilir.

Hadisəyə səbəb sürücünün idarəetməni itirməsi göstərilib.

Hadisə yerinə çox sayda təcili tibbi yardım əməkdaşları və xilasedicilər cəlb olunub.