Türkiyənin Düzcə bölgəsində Gürcüstan vətəndaşı olan üç azərbaycanlı evdə boğazı kəsilmiş vəziyyətdə tapılıb.
APA-nın “Haber Gazete”yə istinadən verdiyi məlumata görə, hadisə yerinə gələn polis cinayətin 2-3 gün əvvəl baş verdiyini təsbit edib. Ölənlərdən 2-si qadın, biri uşaqdır.
Meyitləri evə gələn 56 yaşlı Ema Şərifovanın keçmiş həyat yoldaşı Sərvət Öztürk aşkar edib və polisə zəng vurub. Ölən digər şəxslərin Ema Şərifovanın bacısı, 46 yaşlı Elnaz Şərifova və nəvəsi Sahib Şərifov olduğu məlum olub.
Faktla bağlı araşdırmalara başlanılıb.