Türkiyədə uğurlu əməliyyat: Terrorun qarşısı alındı

Türkiyənin qərbindəki İzmir vilayətində terror aktının qarşısı alınıb.

Yenicag.az-ın məlumatına görə, polis tərəfindən keçirilmiş xüsusi əməliyyat nəticəsində PKK terror təşkilatının 5 üzvü saxlanılıb.

Əməliyyat zamanı terrorçuların bir sıra dövlət orqanlarına hücum planları aşkar edilib.

Əməliyyatın digər təfərrüatları barədə məlumat verilmir./Trend/