Türkiyədə universitetlərdə dərslər təxirə salındı

Türkiyənin bütün universitetlərində təhsilə fasilə verilib.

Yenicag.az TRT-yə istiadən xəbər verir ki, bu barədə ölkənin Yüksəköyrətim Qurumu qərar verib.

Qərara əsasən, baş vermiş təbii fəlakət səbəbindən ölkə üzrə bütün universitetlərdə bahar dönəmi üzrə dərslərin başlanması qeyri-müəyyən tarixədək təxirə salınıb.