Türkiyədə vaksin olunanların sayı 50 milyonu ötdü – FOTO

Türkiyədə koronavirus əleyhinə peyvənd olunanların sayı 50 milyonu keçib.

Yenicag.info-nun xəbərinə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Telegram” hesabından məlumat paylaşıb.

Ərdoğan, “Koronavirus pandemiyası ilə mübarizədə ən təsirli silahımız olan vaksinasiyada, şükür olsun ki, 5 milyon dozanı keçdik. Xeyirli, uğurlu olsun.

Güclü səhiyyə sistemimiz, səhiyyə işçilərimizin hünəri və millətimizin həssaslığı ilə birlikdə yaxın zamanda tətbiq edəcəyimiz yerli vaksinimiz TURKOVAC ilə inşallah COVID-19-la mübarizəmizi çox daha güclü şəkildə davam etdirəcək, Türkiyəni daha sağlıqlı sabahlara aparacağıq”, – deyə Ərdoğan qeyd edib.