Türkiyədə virusa yoluxanların sayı 254 mini keçdi

Türkiyədə son sutka ərzində 1412 nəfərdə yeni növ koronavirus aşkarlanıb, 882 nəfər isə müalicə olunaraq sağalıb.

Yenicag.az xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyi COVİD-19-la bağlı son rəqəmləri paylaşıb.

Rəqəmlərə görə ölkədə bugünədək 254 min 520 nəfərə koronavirus diaqnozu qoyulub, 234 min 797 nəfər isə müalicə alaraq sağalıb.

Son 24 saatda daha 19 nəfərin vəfat etməsilə ölkədə virus qurbanlarının sayı 6 min 58-ə yüksəlib.