Türkiyədə “Wikipedia” yenidən açıldı

Türkiyədə istifadəyə bağlanan “Wikipedia” internet resursu yenidən açılıb.

Yenicag.az xəbər verir ki, “Wikipedia” yerli saatla bu gün 22:30-da yenidən istifadəyə verilib.

Qeyd edək ki, türkiyəli istifadəçilər 2017-ci ildən bəri bu resursdan yararlana bilmirdilər. Buna səbəb isə “Wikipedia”da Türkiyə ilə bağlı dərc edilən məqalələrdə verilən yanlışlar olub.