Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, SANKO Universitetinin reanimasiya şöbəsində oksigen balonu partlayıb. Partlayışdan sonra yanğın baş verib.
Məlumata görə, 20 nəfərlik reanimasiya şöbəsində 19 xəstə olub. Onların 8-i ölüb. 11 pasiyent yaxınlıqdakı başqa hospitala yerləşdirilib.