Türkiyədə YANĞINLAR – Bu ərazilərə giriş qadağan edildi

Türkiyənin bəzi bölgələrində meşəlik ərazilərə giriş qadağan olunub.

Yenicag.az Türkiyə məbuatına istinadən xəbər verir ki, bu qərara səbəb artan meşə yanğınlarıdır.

Qeyd edək ki, ölkədə bu gün daha iki yanğın faktı qeydə alınıb.

İzmir vilayətinin Buca rayonunda meşəlik ərazidə baş verən yanğına görə bölgəyə dörd təyyarə, dörd helikopter və çox sayda yanğınsöndürən texnika cəlb olunub.

Adana vilayətində baş verən yanğına isə dörd hava vasitəsi və çox sayda yanğınsöndürən texnika ilə müdaxilə edilib.