Türkiyədə yanğınlar davam edir: 4 mindən çox şəxsi heyət cəlb edildi

Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bəkir Pakdəmirli, xarici işlər naziri Mövlud Çavuşoğlu, ətraf mühit və şəhərçilik naziri Murad Kurum Antalyanın Manavqat ilçəsindəki Meşə Yanğını İdarəetmə Mərkəzində birgə mətbuat konfransı keçiriblər.

Yenicag.az xəbər verir ki, “Anadolu” xəbər verir ki, tədbirdə açıqlanan məlumata əsasən, hazırda 3 təyyarə, 38 helikopter, 472 digər texnika və 4 min şəxsi heyət yanğınlarla mübarizəyə cəlb edilib.

Qeyd olunub ki, aktiv olan 53 meşə yanğınından 26-sı artıq nəzarət altına alınıb.

Həmçinin, yanğınlar nəticəsində üç nəfərin öldüyü, 180 vətəndaşın zərər gördüyü bildirilib./Oxu/