Türkiyədə yaşamaq icazəsini yeniləmək istəyənlər sənədləri təqdim edərkən UETS (milli elektron bildiriş sistemi) ünvanını göstərməlidirlər.
Bu barədə Türkiyə Miqrasiya İdarəsi məlumat yayıb.
Yenilik aprelin 15-də qüvvəyə minəcək.
Xarici vətəndaşlara poçt şöbələrində UETS ünvanı verilir. Sənədi almaq üçün pasportunuz və etibarlı yaşayış icazənizlə poçt şöbəsinə getməli, orada xüsusi ərizə doldurmalı və elektron poçtunuz və telefon nömrəniz haqqında məlumat verməlisiniz.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, son bir il ərzində yaşamaq icazəsi olan 54 mindən çox rus Türkiyəni tərk edib. Ölkədə yaşamaq icazəsi olan rusların ümumi sayı 34% azalaraq 100 mindən az olub. Fevral ayında Türkiyənin ən böyük banklarından biri olan “Denizbank”ın Rusiya müştəriləri üçün yaşayış icazələrini yoxlamağa başladığı məlum olub. Təşkilat onlara məktublar göndərərək, ölkədə yaşamaq hüququnu təsdiq edən sənədləri təcili təqdim etmələrini xahiş edib. /Publika.az