Türkiyədə yaşayan idmançı Eldar Əlizadə prezident oğlu ilə görüşdü – FOTO

Qısa arayış: Mən Azərbaycanda, Bakı şəhərində böyüyüb, başa çatmışam, təhsil almışam. Hər bir uşaq kiçik yaşlarından idmanla məşğulr olur sadəcə sona kimi davam edəni var, eləsi də var sadəcə hobbi olaraq qalır. Mən ilk dəfə 1997-ci ildə karateyə getdim, o vaxtı karate ən məşhur idman növü idi.

Yeniçağ.Az “Azxəbər.com”a istinadən verdiyi məlumatına görə, Türkiyədə Azərbaycanı təmsil edən idmançılardan biri də kikboksinqlə məşğul olan Eldar Əlizadədir. Eldar Əlizadə Bakı şəhərində kikboksinq üzrə dünya çempionu, uşu sanda üzrə Avropa çempionudur. Onunla müsahibəni təqdim edirik:

“Son dörd ildir ki, Türkiyədəyəm. Həm burda təhsil alıram ,həm də idmanla məşğulam. Sonradan artıq peşəkar kikboksinqlə məşğul olmağa başladım. Ümumiyyətlə, bir neçə idman növü ilə tanışam: Uşu sanda, MMA döyüşü, Muay tayla. Hal-hazırda burada təhsilimi davam etdirirəm. Artıq neçə ildir burda yaşayıram, arada bir Bakıya gəlirəm, ancaq Azərbaycan və Türkiyə – hər ikisi mənim üçün doğmadır, hər ikisi vətənimdir.Burada özümü yad kimi hiss etmirəm, gördüyüm sevgi, diqqət məni sevindirir.Ölkədən kənarda yaşamaq asan deyil və bir o qədər də məsuliyyətlidir. Burada vətənimi təmsil etmək mənim üçün fəxrdir.İndiyədək Uşu MMA kikboksinq üzrə yarışların qalibi olmuşam, dünya və Avropa çempionuyam, amma qarşımdakı məqsəd daha irəliyə getmək, inkişaf etməkdir.Mən idmançıyam və idmanımızı təbliğ edirəm, bu il May ayında keçirləcək İslam Həmrəyliyi oyunlarında iştirak edəcək idmançı dostlarıma uğurlar arzu edirəm,ən əsası Azərbaycan xalqına”.

Yeri gəlmişkən, söhbət əsnasında Eldar rəsmilərin iştirakı ilə böyük bir ziyafətə dəvət aldığından da söhbət açdı: Ziyafətdə Ankara Hava Limanının müdir müavini Yücel Karadavut, Kikboksinq üzrə milli komandanın məşqçisi Emrah Şahanoğlu və Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Erdoğan və başqa rəsmilər iştirak edirdi.Tədbirdə Türkiyə- Azərbaycan münasibətlərindən, idmanın inkişafından və birlik, dostluq münasibətlərindən söhbət açıldı.

Yeniçağ.Az