Türkiyədə yaxta zavodu yandı

Türkiyənin Bursa şəhərində yerləşən yaxta zavodunda yanğın baş verib. 

Yenicag.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, sözügedən yanğın səhər 07:30 saatlarında Bursa şəhrinin Orhangazi-Yalova yolu üzərində qeydə alınıb.

Zavoddakı kimyəvi maddələrin olduğu depoda başlayan hadisənin qısa müddətdə böyüdüyü bildirilib.

Hazırda isə yanğınsöndürmə qrupları əraziyə sövq edilib./unikal

COP29