Türkiyədə “Börü” adlı yeni serial başlayır.
Yenicag.az xəbər verir ki, serialın yayılan fraqmanında aktyor heyəti diqqət çəkib. Belə ki, Star TV-də yayımlanacaq serialın baş rolunda əfsanəvi aktyor Cüneyt Arkının oğlu Murat Arkın çəkilib. O, Kemal Boratov obrazını canlandıracaq.
Hərb səhnələrini əks etdirən serial çərşənbə günü 28 fevral tarixində izləyicilərin qarşısına çıxacaq.