Türkiyədə yeni tədris ilinin başlayacağı tarix bəlli oldu

Türkiyədə 2020-2021-ci tədris ili avqustun 31-dən onlayn formada başlayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyənin Təhsil naziri Ziya Səlcuk bildirib.

Z. Səlcuk qeyd edib ki, məktəblərin tədrisə açılması 21 sentyabrda nəzərdə tutulub.

Qeyd edək ki, Türkiyə Səhiyyə Nazirliyi nəzdində yeni növ koronavirusla mübarizə tədbirləri çərçivəsində fəaliyyət göstərən Elm Qurumu bugünkü toplantısından sonra məktəblərin açılmasının daha bir ay təxirə salınmasını tövsiyə edib.