Türkiyədə Bingölün Karlova qəsəbəsində yenidən güclü zəlzələ olub.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, yerli vaxtla saat 09:51-də baş verən 5,6 bal maqnitudalı zəlzələnin episentri 7 km dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, dünən yerli vaxtla saaat 17:24-də eyni ərazidə 5,7 bal gücündə zəlzələ olub. Nəticədə 1 nəfər ölüb, 18 nəfər yaralanıb.