Türkiyədə yenidən meşə yanğını başladı – VİDEO

Türkiyənin Bolu bölgəsində meşə yanğını baş verib.

Bolunun Göynük rayonundakı yanğını söndürmək üçün əraziyə çox sayda texnika, canlı qüvvə və helikopterlər cəlb edilib.

Meşə yanğını nəzarət altına alınıb. Hazırda söndürmə işləri görülür.

Qeyd edək ki, yanğın nəticəsində 8 hektar meşə sahəsi yanıb.