Türkiyədə yol qəzasında 3 nəfər öldü

Türkiyədə ölümlə nəticələnən yol qəzası baş verib.

Yenicag.az-ın verdiyi xəbərə görə, hadisə Kastamonu şəhərində qeydə alınıb.

Kastamonu-İnebolu magistral yolunda iki avtomobil toqquşub.

Nəticədə 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb./APA/