Türkiyədə yük qatarı aşdı

Türkiyənin Yozqat vilayətinin Şefaatli ilçəsində yük qatarı relsdən çıxaraq aşıb.

Yenicag.az xəbər verir ki, bu barədə Yozqat valiliyi məlumat yayıb.

Qəza səbəbindən Ankara-Kayseri dəmir yolu xətti üzrə hərəkət dayandırılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür.