Türkiyədə zavodda partlayış – Yaralananlar var

Türkiyənin Osmaniyə şəhərində tullantıların emalı zavodunda partlayış baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

Yaralanan şəxslər xəstəxanaya yerləşdirilib, onların vəziyyətinin ağır olmadığı deyilir.

Partlayışın səbəbləri məlum deyil. Hadisə ilə bağlı araşdırma aparılır.