!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Türkiyədə zəlzələ - 18 nəfər xəsarət aldı, ölən var

!Reklam – Yazi

Türkiyənin Bingöl şəhərinin Qarlıova mahalında 5,8 bal gücündə zəlzələ olub.

Yenicag.az xəbər verir ki, zəlzələ nəticəsində 18 nəfər xəsarət alıb.

Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib ki, xəsarət alanlar arasında vəziyyəti ağır olan yoxdur.

Onun sözlərinə görə, hazırda zərərin qiymətləndirilməsi üzrə işlər aparılır.

Bingöl əyalətinin icra hakimiyyətindən bildiriblər ki, zəlzələ zamanı dağıntılar altında qalan 1 nəfər vəfat edib.

Xatırladaq ki, zəlzələ yaxınlıqdakı əyalətlərdə də hiss edilib.

www.yenicag.az

526
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv