Türkiyədə zəlzələ – 4 şəhər silkələndi

Türkiyənin Yalova şəhərində 4,1 bal gücündə zəlzələ olub.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, yerli vaxtla 05:36-da baş verən zəlzələ Bursa, İstanbul, Kocaeli və Sakaryada hiss olunub.

Zəlzələ ocağının dərinliyi 14 kilometr təşkil edib.