Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Konya şəhərinin Kulu rayonunda 4,2 bal gücündə zəlzələ olub.

Yenicag.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Zəlzələ yerin 7,86 km dərinliyində meydana gəlib.

Tələfat və dağıntı qeydə alınmayıb.