Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Çanaqqala vilayətində 3,5 bal gücündə zəlzələ baş verib.

Yenicag.az-ın məlumatına görə, bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) bildirib.

Yeraltı təkanlar yerli vaxtla saat 01:09 -da Ayvacık rayonunda qeydə alınıb. Zəlzələ ocağı yeddi kilometr dərinlikdə yerləşib

Xəsarət alanalar və dağıntılar barədə məlumat verilməyib.