Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Muğla şəhərində yerli vaxtla saat 07:13-də 5,3 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, Datça sahillərində baş verən zəlzələ 6,76 kilometr dərinlikdə qeydə alınıb.

Yeraltı təkanlar ətraf şəhərlərdə də hiss olunub.