Türkiyədə zəlzələ bölgəsinə 1 trilyon lirə ayrılacaq

Türkiyədə cari ilin fevralında zəlzələ baş verən bölgənin yenidən inşası üçün 2024-cü ildə 1 trilyon lirə vəsait ayrılacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb.

“Yeni evlərinə qovuşana qədər vətəndaşlaırızın yanında olmağa davam edəcəyik”, – deyən Ərdoğan konteyner şəhərdə yaşayan vətəndaşlara sosial yardım ayrıldığını vurğulayıb.