Türkiyədə zəlzələ Naxçıvanda hiss edildi

Türkiyədə 4,4 bal gücündə zəlzələ baş verib.

Bu barədə ölkənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsi (AFAD) bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri İğdır şəhərində, ocağı isə 6,47 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

***

Türkiyədə baş verən zəlzələ Naxçıvanda hiss edilib.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Yenicag.az-a verilən məlumata görə, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla 12.08.2020-ci il tarixində, saat 03:29-da Heydərabad stansiyasından 53 km şimal-qərbdə Türkiyənin İğdır vilayətində zəlzələ qeydə alınıb.

Zəlzələ Naxçıvan MR-nın Sədərək və Heydərabad rayonlarında 3 bala qədər hiss olunub.
COP29