Türkiyədə zəlzələ nəticəsində həlak olan üç azərbaycanlının cənazəsi ölkəyə gətiriləcək

Türkiyədə zəlzələ nəticəsində həlak olan üç nəfərin cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Bu barədə Yenicag.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təbii fəlakət nəticəsində 4 Azərbaycan vətəndaşı – 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı, 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı və 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızı həlak olub. Sonuncunun cənazəsi ailəsi tərəfindən Türkiyədə dəfn ediləcək.