Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 30 minə çatır

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 29 605 nəfərə çatıb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, 147 934, nəfər başqa şəhərlərə təxliyə edilib.