Türkiyənin Bingöl vilayətində 4,2 bal gücündə zəlzələ olub.
Yenicag.az xəbər verir ki, bu barədə Təbii Fəlakətlərin İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ Bingölün Karlıova rayonunda, 12 kilometr dərinlikdə qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.