Türkiyədə zəlzələ oldu

Türkiyədə 3,6 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, “UTC” vaxtı ilə saat 15:15-də qeydə alınan yeraltı təkanların episentri Van əyalətindən 53 kilometr cənub-qərbdə, ocağı isə 1 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.