Türkiyədə zəlzələ oldu

Türkiyənin Malatya vilayətində 3.1 bal gücündə zəlzələ baş verib.

Yenicag.az-ın məlumatına görə, zəlzələ yerli vaxtla saat 03:12-də qeydə alınıb. Zəlzələnin episentri Arguvan bölgəsində yerləşib.

Yeraltı təkanların episentri 3,3 kilometr dərinlikdə yerləşib.

Hazırda dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.