Türkiyədə zəlzələ oldu

Türkiyənin Manisa şəhərinin Akhisar rayonunda 4.0 bal gücündə zəlzələ olub.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkan yerli vaxtla saat 09:31-də qeydə alınıb. Zəlzələnin episentri 10 km dərinlikdə yerləşib.