Türkiyədə zəlzələ oldu

Türkiyənin Elazığ vilayətində 3,8 bal gücündə zəlzələ baş verib.

Yenicag.az-ın məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 22:57-də qeydə alınıb.

Zəlzələnin episentri Sivridge rayonunda, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.

Bundan 19 dəqiqə sonra – saat 23:26-da 3 bal gücündə daha 2 zəlzələ olub.

Dağıntı və ya tələfat barədə məlumat yoxdur.

Yanvarın 24-də baş verən 6,8 bal gücündə zəlzələdən sonra 2 mindən çox afterşok qeydə alınıb.

 

 

COP29