Türkiyənin Cankırı rayonunda 4,2 bal gücündə zəlzələ olub.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, yeraltı təkanlar paytaxt Ankarada da hiss edilib.
Zəlzələ nəticəsində ölən, xəsarət alan və dağıntıların olub-olmaması barədə məlumat verilməyib.