Türkiyənin Van əyalətinin Özalp rayonunda 5,4 bal gücündə zəlzələ olub.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, zəlzələnin ocağı 6,9 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində ölən, xəsarət alan və dağıntıların olub-olmaması barədə məlumat verilməyib.